ABŞ vətəndaşlarının çoxu Trampın işindən narazıdır

ABŞ vətəndaşlarının 58 faizi Donald Trampın prezident vəzifəsində gördüyü işlərdən narazıdır.

Metbuat.az bildirir ki, bunu "The Wall Street Journal" qəzeti və "NBC" telekanalının birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Nəticələrə əsasən, Trampın prezident postunda gördüyü işlərdən 38 faiz vətəndaş razıdır.

Sorğu iştirakcılarının ən çoxu Trampın keçirdiyi səhiyyə islahatlarından və Puerto-Rikoda qasırğanın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlərdən narazıdır.

Qeyd edək ki, sorğu oktyabrın 23-dən 26-na qədər keçirilib. Sorğuda 900 ABŞ vətəndaşı iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR