IMF hesab edir ki, bu baxımdan ən zəif addımlar Cibuti, Pakistan, Sudan, Tacikistan və Yəmən hökumətləri tərəfindən atılıb: “Ermənistan, Gürcüstan və Qırğızıstan kimi ölkələrdə mobil ödəmə sistemləri arasında əməkdaşlığın olmaması bazarları parçalayır, bəzi ölkələrdə isə mobil xidmət tarifləri yüksəkdir. Qeyd edilən ölkələrdə əhali gəlirinin ən azı 10%-ni ən sadə mobil telefon xidmətləri üçün ödəyir”.
Fondun hesabatında deyilir ki, region ölkələrindən yalnız Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın kibercinayətkarlıq və kibertəhlükəsizliklə bağlı spesifik qanunvericiliyi var.