Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalı açılıb

14:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130 illiyinə, BMA-nın 95 illiyinə və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.
Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımova bacıları, Ramiz Quliyev, digər tanınmış musiqiçilər daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi1 ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcək.
Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı ölkəmizin paytaxtına gəlib.
Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin də dərindən mənimsənilməsinə kömək etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Uzeyir_Hacibeylinin_milli_lad_sistemi_genc_musiqichilerin_tedris_repertuarinda_movzusunda_I_Respublika_Festivali_achilib-843862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR