Z.Orucun sözlərinə görə, AZAL-ın aviaparkının genişləndirilməsi üçün də hər il büdcədən bu quruma vəsait ayrılır.
"Buna baxmayaraq, AZAL-ın borc öhdəliyi 650 mln. dollardan tərpənməyib. Turist öz vəsaitinin 70%-ni nəqliyyata və qalma haqqına ödəyəndə, o ölkəyə gəlməyəcək. Turizm sürətlənirsə, biz bunu bəzərə almalıyıq. Bu, turizmə zərbə vurur", - deyə millət vəkili qeyd edib.