UEFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində vurulmuş 10 ən yaxşı qolun siyahısını açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, siyahıda Almaniya millisinin futbolçusu Əmrə Canın Azərbaycan yığmasının qapısından keçirdiyi top da yer alıb.
Bu, oktyabrın 8-də Kayzerslauterndəki son seçmə oyuna təsadüf edib. Bundestimin 5:1 hesablı qələbə qazandığı görüşdə türkəsilli yarımmüdafiəçi uzaq məsafədən zərbə ilə Kamran Ağayevi məyus edib.
Digər qollar isə bunlardır:
Sebastyan Rudi (Şimali İrlandiya - Almaniya - 1:3)
Konstantinos Mitroğlu (Cəbəllütariq - Yunanıstan - 1:4)
Markus Berq (İsveç - Hollandiya - 1:1)
Qafurcan Suyumbayev (Danimarka - Qazaxıstan - 4:1)
Aleşandre Martines (Andorra - İsveçrə - 1:2)
Pavel Savitski (Belarus - Bolqarıstan - 2:1)
Olivye Jiru (İsveç - Fransa - 2:1)
Aksel Vitsel (Belçika - Cəbəllütariq - 9:0)
Aleksandr Rinq (Finlandiya - İslandiya - 1:0).
DÇ-2018-də Avropanın 14 yığması mübarizə aparacaq. Təşkilatçı Rusiya ilə yanaşı, daha 9 vəsiqənin sahibi artıq məlumdur. Son 4 vəsiqənin taleyinə "play-off" oyunlarından sonra aydınlıq gələcək.
Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda olacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində