"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil hələlik kimliyi məlum olmayan təxminən 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.
Meyit Cəlilabad morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.