Çexiya Futbol Federasiyasının İntizam Komitəsi "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda "Ostrava" ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Beləliklə, Kamran 14-cü turda "Bohemians"la matçı buraxacaq.
Qeyd edək ki, "Ostrava" ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində