Play Store

IX sinfi bitirə bilməyənlər üçün növbəti - İMTAHAN

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bu barədə Metbuat.az-a Bakı Şəhəri üzrə Təhsli İdarəsindən (BŞTİ) məlumat verilib.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ-nin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək BŞTİ-də aparılacaq.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanlarda iştirak üçün tələb olunan sənədlərin siyahısı və imtahan fənləri barədə əlavə məlumat veriləcək.

Neftimiz ucuzlaşmaqda davam edir - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR