Play Store

Dövlət qulluğuna qəbulla bağlı - Qeydiyyat başa çatır

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. İmtahan kompüter vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahana qeydiyyat 17 noyabr saat 18:00-da başa çatacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Test imtahanına qeydiyyat və digər zəruri məsələlər haqqında aşağıdakı linkdə daha ətraflı məlumat əldə edə bilərsiniz:http://dim.gov.az/news/events/3493/

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcək və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabradək davam edəcək. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3494/.

Düşmən mövqelərimizi atəşə tutub - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR