"Qarabağ" "Sumqayıt"ı məğlub etdi

"Qarabağ" "Sumqayıt"ı məğlub etdi
21:23 17 Noyabr 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. Lider “Qarabağ”ın “Sumqayıt”la Bakı Olimpiya Stadionunda reallaşan görüşündə meydan sahibləri qələbə qazanıblar - 2:0.

Xalını 28-ə çatdıran Ağdam klubu ilk pillədəki yerini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 16 xalla 4-cü sıradadır.

Qeyd edək ki, XII turun növbəti oyunları həftəsonu keçiriləcək. Noyabrın 18-də “Keşlə” “Zirə”ni, “Kəpəz” “Səbail”i qəbul edəcək. Noyabrın 19-da isə “Neftçi” evdə “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası. 12-ci tur

17 noyabr

“Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Riçard Almeyda, 41. Dino Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç (“Qarabağ”)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/221144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR