"Çelsi" Çempionlar Liqasında 1/8 finala yüksəlib, "Qarabağ" isə Avroliqa şanslarını qoruyur

"Çelsi" Çempionlar Liqasında 1/8 finala yüksəlib, "Qarabağ" isə Avroliqa şanslarını qoruyur
23:12 22 Noyabr 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində son ev oyununu keçirib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İngiltərə çempionu "Çelsi”ni qəbul edib. 
Meydan sahibləri "Atletiko" ilə əvvəlki iki oyunda olduğu kimi, yenə qırmızı vərəqə alaraq, azlıqda qalıblar. 19-cu dəqiqədə portuqaliyalı referi Manuel De Souza Rəşad Sadıqovun rəqibin hücumunun qarşısını kəsdiyini səbəb göstərərək, "Qarabağ"ın qapısına penalti təyin edib, kapitanı isə meydandan qovub. Eden Azar penaltini dəqiq yerinə yetirib.
10 oyunçu ilə qalan Ağdam komandasının güclü rəqibə müqaviməti demək olar ki, bununla tükənib. 36-cı dəqiqədə Villian "Çelsi"nin növbəti qolunu vurub.
Daha 2 qol isə fasilədən sonra qeydə alınıb. 73-cü dəqiqədə baş hakim yenidən "Qarabağ"ın qapısına penalti təyin edib. Bu dəfə o, Maksim Medvedevə sarı vərəqə göstərib. Sesk Fabreqas da penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə "dubl" edən Villian qoyub.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. "Çelsi" isə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib. C qrupunun digər görüşündə "Atletiko" İspaniyada İtaliya "Roma"sına qalib gəlsə, Azərbaycan təmsilçisi Avropa Liqasına vəsiqə şanslarını da itirib.
Çempionlar Liqası
V tur, C qrupu
22 noyabr
21:00. "Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) - 0:4
Qollar: Eden Azar, 21-penalti ilə. Villian, 36; 85. Sesk Fabreqas, 73-penalti ilə
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

***22:41
Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində "Qarabağ" və "Çelsi" komandaları arasında oyunda hesab 0:4-ə çatıb.
"Report" xəbər verir ki, matçın 85-ci dəqiqəsində Villian komandasının növbəti - 4-cü qolunu vurub.  

***22:30
Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində "Qarabağ" və "Çelsi" komandaları arasında oyunda hesab 0:3-ə çatıb.
"Report"un məlumatına görə, matçın 73-cü dəqiqəsində "Çelsi"nin 4 nömrəli oyunçusu Cesc Fabregas 11 metrlik cərimə zərbəsindən komandasının 3-cü qolunu vurub. 

***21:37
Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində "Qarabağ" və "Çelsi" komandaları arasında oyunda hesab arasındakı fərq artıb.
"Report"un məlumatına görə, matçın 36-cı dəqiqəsində "Çelsi"nin 22 nömrəli oyunçusu Villian komandasının növbəti qolunu vurub - 2:0.

***21:21
Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində "Qarabağ" və "Çelsi" komandaları arasında oyunda hesab açılıb.
"Report"un məlumatına görə, oyunu idarə edən hakim matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib.
Qonaqların 10 nömrəli oyunçusu Eden Azar matçın 21-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən komandasını hesabda irəli çıxarıb - 1:0. 

***21:00
Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsinin V tur matçı çərçivəsində "Qarabağ" və "Çelsi" komandaları arasında oyun başlayıb.
"Report"un məlumatına görə, ilk "11-lik"də bu futbolçular yer alıblar:
"Qarabağ": 13.İbrahim Şehiç, 2.Qara Qarayev, 5.Maksim Medvedev, 8.Miçel, 9.Dino Ndlovu, 11.Mahir Mədətov, 14.Rəşad Sadıqov (K), 20.Riçard Almeyda, 25.Ansi Aqolli, 52.Yakub Jezniçak, 77.Donald Gerryer
Ehtiyat oyunçular: 1.Anton Kanibolotski, 7.Rahid Əmirquliyev, 22.Əfran İsmayılov, 32.Elvin Yunuszadə, 91.Coşqun Diniyev, 99.Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
"Çelsi": 13.Tibo Kurtua, 2.Antonio Rüdiger, 3.Markos Alonso, 4.Sesk Fabreqas, 7.N'Qolo Kante, 10.Eden Azar, 11.Pedro Rodriges, 21.Davide Zappakosta, 22.Villian, 28.Sezar Aspilikueta (K), 30.David Luis
Ehtiyat oyunçular: 1.Villi Kabalyero, 6.Denni Drinkouter, 9.Alvaro Morata, 14.Tiemue Bakayoko, 24.Harri Keyhill, 27.Andreas Kristensen, 66.Dyucon Sterlinq
Baş məşqçi: Antonio Konte

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-cempionlar-liqasinda-1-8-finala-yukselib-qarabag-ise-avroliqa-sanslarini-qoruyur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR