Çinin Xalq Azadlıq Ordusunun Hərbi-Dəniz Loqistika Mərkəzi Cibutidə real döyüş rejimində təlimlər keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd olaraq qoşunların döyüşə hazırlığının yoxlanılması və yerli şəraitə adaptasiyasının təşkil edilməsi qeyd olunub.
Qeyd edək ki, hərbi təlimlər Cibuti prezidenti İsmayıl Ömər Qellenin Çinə səfəri fonunda baş tutub.
Milli.Az