Almaniya hərəkətə keçdi

Almaniyada artan terror təhdidinə cavab olaraq Federal Kriminal Dairəsi (BKA) terrorla fəal mübarizə aparacaq yeni departament yaratmağa qərar verib.

Metbuat.az-ın məlumatına görə, minlərlə insanın ölkədə terrorla mübarizə aparacağı yeni departamentdə iştirak edəcəyi gözlənilir. Federal Daxili İşlər naziri Tomas de Maizire, terror təhdidinin yüksək olduğunu bildirərək, "Təhlükəsizlik qüvvələrinin İŞİD terrorçularının hücumlarının qarşısını almağına baxmayaraq, təhlükə hələ də yüksək həddədir. Bunun üçün hər cür tədbir görülsə də, mübarizə üçün yeni departamentin yaranmağına ehtiyac var idi” deyib.

BKA rəhbəri Holger Manç da Federal Kriminal Dairəsi daxilində İŞİD-ə bağlı terror təşkilatlarına qarşı iki qrupun olduğunu, ancaq artan terror hadisələri və texniki təqib kimi qabaqlayıcı təbdirlər görmək üçün yeni departmentə ehtiyac olduğunu deyib. O, 2018-ci ildə ehtiyac səbəbindən bir neçə qrupun birləşdiriləcəyini, xüsusilə də İŞİD-ə bağlı terror təşkilatları ilə mübarizə aparılacağını bildirib. Terror departamentində daxili və xarici araşdırmalar kimi əhəmiyyətli vəzifələrin olacağını deyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR