Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az