"Report" xəbər verir ki, bu barədə yerli dövlət orqanları məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 04:00-da, Pekinin yaxınlığındakı Tyançzin şəhərinin Hesi rayonunda, 38 mərtəbəli binada baş verib. Hadisədə zərə çəkmiş 11 nəfər xəstəxanaya yerləşdirilib. Hesi rayonunun dövlət orqanlarının məlumatına görə, həkimlərin səyinə baxmayaraq, onlardan 6-ı ölüb.
Yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Hazırda yanğının fəsadları aradan qaldırılır.
Yanğının səbəbləri araşdırılır.