Futbol üzrə Çexiya çempionatında 16-cı turun oyunları keçirilir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Praqa "Sparta"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Kamran bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində