Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 48 m2 olan tikilinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az