DİM-in elektron xidmətləri dayandırıldı

Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmət istifadəçilərinə müraciət edib.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, DİM tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılmasını təmin etmək məqsədi ilə Mərkəzin informasiya texnologiyaları infrastrukturunda - yeni veb serverlərin quraşdırılması və işə salınması, hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz edilməsi və təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılması və s. digər zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Tələb olunan işlərin həyata keçirilməsi üçün DİM-in elektron xidmətlərinin göstərilməsi dekabrın 7-dən 12-dək dayandırılacaq.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Mixail Saakaşvili azadlığa buraxıldı - Polis geri çəkildi / SON DƏQİQƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)