Azərbaycan və Ermənistan yığmaları AVRO-2020-nin təsnifat mərhələsində eyni qrupa salınmayacaq

Azərbaycan və Ermənistan yığmaları AVRO-2020-nin təsnifat mərhələsində eyni qrupa salınmayacaq
21:32 7 Dekabr 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan ayrı-ayrı qruplara salınacaq.
"Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin bugünkü iclasından sonra mətbuat konfransında açıqlama verib.
O bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq. Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib
AVRO-2020-nin püşkatma mərasimi 2 dekabr 2018-ci ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək.
Final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-ve-ermenistan-yigmalari-avro-2020-nin-tesnifat-merhelesinde-eyni-qrupa-salinmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR