Nazlı Abdulla Məhəmməd Azərbaycanın Cibutidəki fəxri konsulu təyin edilib
Paylaş
95 baxış·1 dəq oxu
Bakı. 8 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Nazlı Abdulla Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncamla Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilib. Azərbaycan Xarici İşlər Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.