“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Olimpiya İdman Kompleksinin yaxınlığından keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Cəlilabadın Göytəpə şəhər sakini, 1986-cı il təvəllüdlü Natiq Fazil oğlu Nəzərov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.