"Sumqayıt" "Qarabağ" üzərində üstünlüyü əldən verərək məğlub olub

"Sumqayıt" "Qarabağ" üzərində üstünlüyü əldən verərək məğlub olub
21:32 11 Dekabr 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində sonuncu ilk oyun keçirib.
"Report" xəbər verir ki, yarışın son qalibi "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Matçda hesabı 24-cü dəqiqədə qonaqların futbolçusu Rəşad Eyyubov açıb. Lakin sumqayıtlılar fasilədən sonra üstünlüyü əldən veriblər. Ağdam təmsilçisinin heyətində Riçard Almeyda ilə Pedro Enrike fərqlənib. Onlar müvafiq olaraq 57 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.
Digər 3 oyunda da meydan sahibləri qələbə qazanıblar. "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib, "Zirə" "Neftçi"ni, "Qəbələ" isə "Səbail"i 1 cavabsız qolla məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.





















Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-qarabag-uzerinde-ustunluyu-elden-vererek-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR