"Qarabağ" məğlubiyyəti qələbəyə çevirdi

"Qarabağ" məğlubiyyəti qələbəyə çevirdi
21:53 11 Dekabr 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində sonuncu ilk oyun keçirib.

Publika.az xəbər verir ki, yarışın son qalibi "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Matçda hesabı 24-cü dəqiqədə qonaqların futbolçusu Rəşad Eyyubov açıb. Lakin sumqayıtlılar fasilədən sonra üstünlüyü əldən veriblər. Ağdam təmsilçisinin heyətində Riçard Almeyda ilə Pedro Enrike fərqlənib. Onlar müvafiq olaraq 57 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.

Digər 3 oyunda da meydan sahibləri qələbə qazanıblar. "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib, "Zirə" "Neftçi"ni, "Qəbələ" isə "Səbail"i 1 cavabsız qolla məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/223936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR