Azərbaycan Milli Elmlər Akademiyasının iki institutuna direktor seçilib.
Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) bu gün keçirilən ümumi yığıncağında gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib.
Akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib. Seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Qeyd edək ki, hər iki şəxs hazırda da adları çəklən instututlara rəhbərlik edir.//Trend
Tələbələr bu hüquqlarından istifadə edə biləcəklər - 15 il - Oxumaq üçün tıkla