Deputat: "Hesablama Palatası büdcədən daha çox maliyyələşən qurumlar üzrə yoxlamaları artırmalıdır"

Deputat: "Hesablama Palatası büdcədən daha çox maliyyələşən qurumlar üzrə yoxlamaları artırmalıdır"
14:07 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Hesablama Palatası dövlət büdcəsindən 100 mln. manatlar xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin fəaliyyətini yoxlayır. Hələ indiyə qədər Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxlamasını müşahidə etməmişik.
"Report"un verdiyi xəbərə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclikdə, "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Parlamentin spikeri Oktay Əsədov isə cavab olaraq deyib ki, Palatan auditlə məşğuldur, iqtidar-müxalifət məsələləri ilə məşğul olmur: "Ölkədə 2 700 bələdiyyənin hamısının fəaliyyətini yoxlamır ki, bəzilərini yoxlayır. Bu, müsbət haldır. Qurum böyük təşkilatların da fəaliyyətini yoxlayır, prokurorluqla birgə işləyir". 
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, rəhbərlik etdiyi qurum son on ildə bələdiyyələri yoxlamayıb. Bununla belə, onun sözlərinə görə, digər iclasda səslənən tövsiyyələr nəzərdən keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deputat-hesablama-palatasi-budceden-daha-cox-maliyyelesen-qurumlar-uzre-yoxlamalari-artirmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR