“Barselona” Ardanı su qiymətinə satır - Transfer dəyəri açıqlandı

“Barselona” Ardanı su qiymətinə satır - Transfer dəyəri açıqlandı
23:23 15 Dekabr 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” türkiyəli futbolçu Arda Turanın transfer dəyərini açıqlayıb.

Publika.az xəbər verir ki, katalonlar ulduzun transferi üçün 20 milyon avro tələb edib.

Dünən bayram şənliyi üçün bir araya gələn klub gələn ilin yanvar ayında baş tutacaq transferlərin detallarını bölüşüb. İdarə heyətində səlahiyyəti olan bir şəxs isə türkiyəli ulduzun transferi üçün hər şərti asanlaşdırdıqlarını bildirib.

Ancaq Ardaya elçi düşən heç bir klub hələ ki, bu məbləği ödəməyə razı olduğunu bildirməyib.

Qeyd edək ki, Arda Turan 2015-ci ildə “Atletiko Madrid”dən “Barselona”ya 35 milyon avro qarşılığında transfer olunmuşdu.

“Transfermarkt” saytı isə Ardaya 15 milyon avro transfer dəyəri qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR