Cəlilabadda yanğın qeydə alınıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, Cəlilabad rayonu, Göytəpə şəhərində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin