Nyu-Yorkun Bruklin rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 4-ü uşaq olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın binanın birinci mərtəbəsində başlayıb. Yanğının səbəbi araşdırılır.

Milli.Az