Transfer təkliflərinə Qurban Qurbanovdan AÇIQLAMA: “Kimsə öz xahişi ilə getmək istəsə”

Transfer təkliflərinə Qurban Qurbanovdan AÇIQLAMA: “Kimsə öz xahişi ilə getmək istəsə”
11:43 18 Dekabr 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsində tarixi uğurlara imza atan “Qarabağ”ın futbolçularına ard-arda transfer təklifləri edilir.

Publika.az xəbər verir ki, Dino Ndlovudan sonra milliləşən futbolçumuz Riçard Almeyda da rəsmi təklif alıb.

İddialara görə, Türkiyənin "Osmanlıspor" klubu R.Almeyda ilə yaxından maraqlanır.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə komandadan heç bir oyunçunu göndərmək istəmədiyini deyib: "Konkret olaraq, komandadan göndəriləcək oyunçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya "get" deyə bilmərik. Xarici klublardan ciddi bir təkliflər olunmur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi".

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR