Müslüm Maqomayev barədə

Dünya musiqisinin dahilərindən biri, əslən azərbaycanlı Müslüm Maqomayevin keçdiyi şərəfli, çətin və keşməkeşli ömür yolu Rusiyanın “NTV” telekanalında nümayiş olunub.

Metbuat.az-ın məlumatına görə, sənədli filmdə məşhur müğənninin xarakteri, cəsarətli addımları və dramatik səhnələrlə zəngin olan həyat yolu əksini tapıb. Həmçinin dünyaşöhrətli baritonun doğulduğu, boya-başa çatdığı Azərbaycan və paytaxt Bakı haqqında da danışılıb.

Bildirilib ki, 1942-ci ildə dünyaya göz açan dahinin damarlarında musiqiçi qanı axıb. Onun babası olan böyük Müslüm Azərbaycanın ilk bəstəkarlarından biri olub. Filmdə ötən əsrin əvvəllərində Bakıda yaşanan neft bumu ilə yanaşı mədəniyyət, incəsənət və musiqi intibahından bəhs edilib.

Müslümün dünya xüsusən neopolitan musiqisinə marağı qeyd olunub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR