Kürdəmir rayonunda inzibati binada yanğın baş verib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 240 kv.m olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 kv.m sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Milli.Az