Cənubi Koreyanın Çeçxon şəhərində yerləşən idman mərkəzində güclü yanğın baş verib.
Metbuat.az-ın məlumatına görə, səkkizmərtəbəli binada baş verən yanğın zamanı 30-a qədər insan həyatını itirib, 29 nəfər müxtəlif yanıq xəsarətləri alıb.
Yanğının binanın qarajında saxlanılan avtomobildə əmələ gəldiyi bildirilir. Daha sonra alov sürətlə ətrafa yayılaraq, yuxarı mərtəbələrə qalxıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Sübhan / METBUAT.az