ARB-də "Səhər-Səhər" verilişinin qonağı olan Aygün Bəylər sərt çıxışı ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, əməkdar artist sənətin unudulduğundan gileylənib.
Xanım müğənninin sözügedən açıqlamasını təqdim edirik:
"Bizdən Özbəkistanda keçirilən beynəlxalq "Şərq təranələri" musiqi festivalına birinci Alim Qasımov getmişdi. Birinci yeri tutdu. Sonra mən getdim, birinci yeri tutdum. O gündən - 2005, 31 avqustdan başlayaraq 5 il sərasər... Gedib 50 ölkənin sənətkarlarını gördüm. O musiqiləri mən görəndən sonra dedim ki, toy nədir. O səviyyədə qalmaq başqa şeydir, bu səviyyədə başqa. Oradan gələndən sonra 5 il ərzində mən başladım o musiqi alətlərinin "orkestrovka"larını öyrənməyə. Bizdə görməyiblər. Bizdə də sual verəndə hansısa bir müğənni haqqında danış deyirlər. Mən nə danışım, özümü niyə hörmətdən salım. Hamı göz qabağındadır. Mən başqa musiqi haqqında düşünürəm, sən öz səviyyəndə mənə sual verirsən. Mən nə deyim?! Deyəcəm "Sən o səviyyədə olan adamsan. Mən səninlə nə danışım?!" inciyəcək".
Təhməz Təkin
Milli.Az