Ötən gün Elektra Events Hall-da Cinema Plus-un təşkil etdiyi ən böyük qala gecəsi keçirilib.
Milli.Az xəbər verir ki, gecədə demək olar ki, Azərbaycanın bütün məşhurları iştirak edib. Onların çoxu həmçinin filmdə də rol alıb. Qalaya qatılan xanım məşhurlar cazibədar görünüşləri ilə diqqət çəkiblər.
"Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" macəra komediyasının nümayişi keçirilib. Filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.
Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.
Qeyd edək ki, film bu gündən etibarən Cinemaplus kinoteatrlarında nümayiş etdiriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində