Əməkdar artist Elza Seyidcahanın nəvəsi Səmərruxun 1 yaşı tamam olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun ad günü sentyabrda olsa da, müğənni indi qeyd etməyi planlaşdırır. E.Seyidcahan bu münasibətlə böyük qonaqlıq etməyə hazırlaşır.

Məclis dekabrın 29-da şəhər restoranlarından birində baş tutacaq. E.Seyidcahan bildirib ki, gecəyə sənət dostlarını dəvət edib.

Qeyd edək ki, Səmərrux sənətçinin qızı Gülşənin övladıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində