Əməkdar artist Elza Seyidcahan bu dəfə papağı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Status" verilişinə qonaq olarkən başına göy rəngli yun papaq qoyub və Hürufiliyi təbliğ etdiyini deyib.

Müğənni-aparıcı Murad Arif Seyidcahanla fotosunu paylaşıb. Sosial şəbəkə istifadəçiləri Elzanın papağını tənqid edib.

Onu ələ salanlara Murad belə cavab verib:

"Niyə hamını eyni görmək istəyirsiniz? Elza təbiətdən fərqli xanımdır. Onun hamı kimi olmamaq istəyini, ən azından müsbət qarşılamaq olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində