Nyu-Yorkda 5 mərtəbəli köhnə tikili binada yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər diri-diri yanıb. Qurbanlar arasında 1 aylıq körpə də olub.
Şəhər merinin verdiyi məlumata görə, çoxsaylı yaralılar var. Xəstəxanaya yerləşdirilənlər arasında 4 nəfərin vəziyyəti ağırdır.
Yanğın yanğınsöndürən briqada əməkdaşları tərəfindən söndürülüb. Binada axtrarışlar davam edir. Ölənlərin sayının artacağı gözlənilir.
Yanğının hansı səbəbdən başladığı məlum deyil.
Könül Cəfərli