Nyu-Yorkda baş verən yanğın nəticəsində azı 12 nəfər həlak olub, onlar arasında uşaq da var.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Bill De Blazio hadisə yerindən təşkil edilən mətbuat konfransında bildirib.
Eyni zamanda, səlahiyyətlilər bu məlumatların ilkin olduğunu və qurbanların sayının artacağını qeyd edirlər.
Onun sözlərinə görə, hazırda dörd nəfər ağır vəziyyətdədir.
Daha 12 nəfər yanan evdən xilas edilib.