Əməkdar artist Elza Seyidcahan nəvəsi ilə fotosessiya etdirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni şəkli Səmərruxun ad günü münasibətilə çəkdirdiyini söyləyib.

Seyidcahan nəvəsinin 1 yaşı münasibətilə bu gün qonaqlıq edəcək. Şəhər restoranlarından birində baş tutacaq gecəyə sənət adamları dəvət olunublar.

Qeyd edək ki, Səmərrux Elzanın qızı Gülşənin övladıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində