Qış fasiləsində heyətində dəyişikliklər edən "Keşlə" daha bir futbolçu ilə anlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

O bildirib ki, uzun müddətdi danışıq aparılan milli komandamızın sabiq hücumçusu Vaqif Cavadovla hərtərəfli razılıq əldə edilib. 28 yaşlı futbolçunun mövsümün sonuna qədər bakılılarla müqavilə bağlayacağı artıq dəqiqləşib. O da digər oyunçular kimi, yanvarın ilk günlərində rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Keşlə" buna qədər Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podionu heyətinə qatmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində