Yaponiyanın paytaxtı Tokiyoda yanğın baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bazar günü Tokiyonun ən məşhur rayonlarından olan Sibuyada dörd mərtəbəli binada baş verib.
İlkin məlumatlara görə, yanğın təxminən 90 kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğın zamanı binada olan iki nəfər xilas olunub.
Milli.Az