Britaniyanın ITV kanalının binasında yanğın baş verdiyinə görə xəbərlər proqramı zamanı yayım kəsilib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ötən gün axşam saat 10-da baş verib.
Xəbərlərin aparıcısı Tom Bredli yayımı dayandırmaq məcburiyyətində olduğunu söyləyib. Sonra isə yayım dayanıb.
"Yanğın siqnalının səsi gəlir. Bilmirik bu nədir, amma buranı tərk etmək məcburiyyətindəyik".
Bu vəziyyətlə qarşılaşan izləyicilər sosial şəbəkələrə axışıblar. Bir müddət sonra kanalın yayımı bərpa edilib və binada yanğın baş verdiyi, bu səbəbdən yayımın dayandırıldığı açıqlanıb.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində