“Keşlə” 13 yanvar tarixindən etibarən qış transfer pəncərəsinin açılmasından istifadə edərək heyətini gücləndirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, paytaxt klubu 4 futbolçu ilə müqaviləyə imza atacaq.
Bu futbolçular argentinalı yarımmüdafiəçi Pablo Padio, Çexiyanın “Mlada” (Boleslav) klubundan yenicə ayrılan qapıçı Kamran Ağayev, hücumçu Vaqif Cavadov və müdafiəçi Məqsəd İsayevdir.
Klub onların hər biri ilə 6 aylıq müqavilə imzalamağı düşünür.
Zümrüd