"Report"un Aran bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü rayon sakini Bədirov Qabil İsrafil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Göytəpə şəhər sakinləri - 1956-cı il təvəllüdlü Qafarov Qəhrəman Yusif oğlu və Qurbanov Rafiq Səxavət oğlunu vurub.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Sürücü Q.Bədirov rayonun Privolnoye bələdiyyəsinin üzvüdür.
Faktla bağlı araşdırma aparılır.