Bakıda yaşayış binasında yanğın

Paytaxtda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 6 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühfizə olunub. Yanğın söndürülüb.

DİM-in hazırlıq kursları fəaliyyət göstərəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR