İspaniyanın paytaxtı Madriddə qocalar evində yanğın baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 13 nəfər xəsarət alıb.
Məlumata görə, yanğın binada otaqların birində başlayıb.
Hadisə ilə əlaqədar 20 nəfər təxliyə olunub. Xəsarət alanlardan 5 nəfərin polis əməkdaşı olduğu bildirilir.
Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda yanğının səbəbləri araşdırılır.
Milli.Az