Elariz qadınla tutulmasından DANIŞDI: “Restoranda...” - VİDEO

Elariz qadınla tutulmasından DANIŞDI: “Restoranda...” - VİDEO
18:03 11 Yanvar 2018
262 Şou
Ölkə mətbuatı
A- A+

Elariz Məmmədoğlu son vaxtlarda haqqında yayılan xoşagəlməz xəbərlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, “ARB Ulduz”un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şayiələrə önəm vermədiyini söyləyib:

“Əslində son dönəmlər haqqımda ortaya atılan şayiələr vecimə deyil. Toy mövsümü öncəsi haqqımda nəsə xəbər yayırlar. Gah deyirlər səsi batıb, gah deyirlər artıq toya getmir, bizneslə məşğuldur, gah deyirlər hansısa restoranda qadınla “tutublar”. Hər dəfə bu cür şayiələr ortaya atılır. Bu söz-söhbətlər toylarımın sayını azaltmaq üçündür. Çünki hər zaman diqqət mərkəzindəyəm”.

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var:

“Anti-reklamımla məşğul olan bir neçə nəfər var. Onları da tanıyıram. Sadəcə olaraq mən onların adını deyən kimi, müxbirlər gedib həmin adamlardan müsahibə götürəcəklər. Onlar da inkar edəcəklər. Sonda isə o adamlar bir az da reklam olunacaqlar.

Mənim ayağımın altını qazmağa çalışanlar məni görəndə bir öpürlər, bir qucaqlayırlar. Mən də onlara xoş sözlərimi deyirəm. Bununla da ayrılırıq”.

Elariz Məmmədoğlu ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/227386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR