Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç gecə saatlarında restoranda yemək yeyərkən görüntülənib.
Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi mediyanın suallarına cavab verib və Sezen Aksu ilə Yıldız Tilbenin barışmasından danışıb. O bildirib ki, həmkarlarının barışığına çox sevinib:
“Yıldız Sezenə gedərək çox yaxşı etdi, sevindim”.
Ebru Gündeşlə illərdir küsülü olan Sərdar “Ebru məni bu gün çağırsa, qaçaraq gedərəm. Mən sənə nə etdimsə, üzr istəyirəm” söyləyib.
| Sevdanın yeni işi diqqət çəkib - FOTO -Oxumaq üçün tıkla |