Məşhur müğənni Sərdar Ortaç Türkiyə prezidentinə müraciət etmək istədiyini bildirib.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Sərdar Ortac Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana küsülü olduğu Ebru Gündeşlə barışması üçün müraciət edəcəyini deyib. O bildirib ki, konserti zamanı hər zaman getdiyi məkana Ərdoğanın da getdiyini bildirən ifaçı bir gün qarşılaşacaqlarına inanır:

“Bir gün rəsilə eyni gündə orada olacağıq. Ona dərhal deyərdim ki, “Ebru məni bağışlasın deyə nəsə eləyin”. Gözünün içinə baxaram, hirslənməz. O, məni çox sevir. Ebru ilə dostluğumuz bitməz”.

Xatırladaq ki, Ebru Gündeş cənubi azərbaycanlı iş adamı, həyat yoldaşı Rza Zərrabın ABŞ-da həbsindən sonra onu axtarmayan Sərdar Ortaçdan küsüb. O, həmkarını çətin günlərində onu dəstəkləmədiyinə görə ittiham edib.

“Mən istədiyim adamın işini əlindən ala bilərəm” - Azərbaycanlı aparıcı ilə QALMAQALLI MÜSAHİBƏ - Oxumaq üçün tıkla