"Neftçi" klubu Antalya toplanışına yeni futbolçularla yollanacaq

"Neftçi" klubu Antalya toplanışına yeni futbolçularla yollanacaq
13:52 16 Yanvar 2018
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ "Neftçi" futbol komandası yanvarın 17-də səhər saatlarında Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq.
"Report"un məlumatına görə, toplanışda Daniel Seqovia ilə Mateo Mujek iştirak etməyəcək. Baş məşqçi Tərlan Əhmədov hər iki legionerə özlərinə klub tapmalarını məsləhət görüb.
Əvəzində hazırda Bakıda olan Fransisko Xavyer Qarsiya ilə sonradan daha bir il uzadıla bilməsi şərtilə yarım illik müqavilə bağlanılacaq. Paraqvaylı sol cinah yarımmüdafiəçisi ilə yanaşı, Antalyaya əvəzedici komandadan Elçin Əsədov, Elvin Sərkərov və Fərid Abbaslı da aparılacaq.
Qeyd edək ki, yanvarın 31-dək davam edəcək hazırlıq prosesi müddətində "Neftçi" yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, yanvarın 27-də Rusiyanın "Krılya Sovetov”, yanvarın 30-da isə Makedoniyanın "Sileks” klubu ilə yoxlama oyunu keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-antalya-toplanisina-yeni-futbolcularla-yollanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR